"Milan”dan ayrılmaq mənim seçimim deyildi. Heç vaxt o komandadan ayrılmaq istəməmişdim. "Milan” oynadığım ən böyük komandadır və o komandanı çox sevirəm”.
Newsport.az-ın məlumatına görə, bu sözlər İsveç milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviçə məxsusdur.
Fransa mətbuatına açıqlama verən İbra həmçinin gələcək karyerası haqqında danışıb: "Yaxın günlərdə gələcək karyeramı hansı klubda davam etdirəcəyimə aydınlıq gələcək və hər şeyi öyrənəcəksiniz. Cümə axşamı PSJ-də son oyunum olub-olmayacağını bilmirəm”.
Qeyd edək ki, mövsümün sonunda Paris təmsilçisi ilə müqaviləsi başa çatan futbolçunun sabiq komandası "Milan”a qayıdacağı gündəmdədir.