Qadın futbolçu da dünyasını dəyişdi

Dünya futbolunda növbəti ölüm hadisəsi Kamerunda qyedə alınıb.

Newsport.az-ın məlumatına görə, Kamerunun "Femina Stars” komandasının qapıçısı Jenine Kristelle Dyomnan dünyasını dəyişib. 
 
Kamerun Futbol Federasiyasının rəsmi saytınsa yer alan məlumata görə, 26 yaşlı qadın qolkiper "Louves of Minproff” komandası ilə baş tutacaq matçdan öncə komandanın isinmə hərəkətləri edən zaman ani vəziyyətdə qazonun üzərinə yıxılıb. Əlcək sahibi xəstəxanaya çatdırılsa da onun da həyatını xilas etmək mümkün olmayıb. Qadın qolkiperin ürək tutmasından dünyasını dəyişdiyi bildirirlir. 
 
Qeyd edək ki, bu, yaşıl meydanlarda son 3 gündə qeydə alınan üçüncü ölüm faktıdır. Bundan öncə "Dinamo”nun futbolçusu Patrik Ekenq və Braziliyanın "Friburqense” komandasının futbolçusu Bernardo Ribeyro da ürəyinə məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right