Yaşıl meydanlarda növbəti ölüm hadisəsi qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, Braziliyanın "Friburqense” klubunun futbolçusu Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb.
26 yaşlı futbolçu təcili tibbi yardım maşını vasitəsiylə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.
Qeyd edək ki, futbol meydanlarında iki gün öncə daha bir ölüm hadisəsi qeydə alınmışdı. Rumıniyanın "Dinamo” klubunun futbolçusu "Vitrolul”la matçda ürək tutmasından vəfat etmişdi.