İsveç çempionatında 8-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Emin Nurinin oynadığı “Kalmar” səfərdə “Estersund” ilə qarşılaşıb.
Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Həmvətənimiz bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Kalmar” geridə qalan turlarda topladığı 8 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.