Braziliya futbolunun canlı əfsanələrindən olan Ronaldinyo futbolçu karyerasını bitirmək barədə düşünmür.
Newsport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən məşhur fubolçu növbəti mövsüm komanda tapacağına inandığını bildirib: "Futbolçu karyeramı bitirmək fikrində deyiləm. Futbola davam etmək niyyətində deyiləm. Növbəti mövsüm komanda tapa biləcəyimə inanıram”.
Qeyd edək ki, veteran futbolçunun adı Çin klubları ilə birgə hallanır.