İspaniya La Liqasının XXXVII turunda doğma meydanında "Valensiya”nı qəbul edəcək "Real”ın heyətində ciddi itkilər var.
Newsport.az saytının məlumatına görə, madridlilərin baş məşqçisi Zinəddin Zidan prinsipial matçda aparıcı futbolçular Qaret Beyl və Keylor Navasın xidmətindən istifadə edə bilməyəcək. Hər iki futbolçu zədəli olduğu üçün "yarasalar”ın önünə çıxa bilməyəcək.
Məlumatda bildirilir ki, Beyl və Navas Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Mançester Siti” ilə matçda yüngül xəsarət alıblar. Futbolçular "Valensiya” ilə qarşılaşmada oynamaq gücündə olsalar da, baş məşqçi Zinəddin Zidan riskə getməmək üçün onların adını matçın iştirak ərizəsinə daxil etməyəcək.
Qeyd edək ki, "Real” – "Valensiya” matçı mayın 8-də baş tutacaq.