Yunanıstan klubu “Qarabağ”ın sabiq futbolçusu ilə bağlı açıqlama yaydı

Yunanıstanın "Atromitos” klubunda ayrılıq reallaşıb.

Newsport.az saytının məlumatına görə, Afina təmsilçisi futbolçusu Marinaldo Çiçero da Silva (Çumbinyo) ilə yollarını ayırıb. 
 
Dövrlərarası fasilədən "Qarabağ”dan komandaya cəlb olunan futbolçu öz istəyi ilə klubdan ayrılıb. O, rəhbərliyə karyerası ölkəsində davam etdirmək istədiyini bildirib və bu üzdən Afina təmsilçisi ilə müqaviləsini pozub. 
 
Qeyd edək ki, Çumbinyo məhz "Atromitos”dan "Qarabağ”a cəlb olunmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right