Rumıniyalı baş məşqçi Georgi Haci Rusiyanın "Rubin” klubunu çalışdırmağa çox yaxındır.
Newsport.az sayıtnın məlumatına görə, artıq tərəflər arasında danışıqlar nəticələnmək üzrədir. Belə ki, bir müddətdir davam edən danışıqlarda tərəflər razılıq əldə edə biliblər. Kazan təmsilçisinin şərtlərini götür-qoy edən Haci klubda işləməyə razılıq verib. Mənbənin məlumatına görə, tərəflər arasında yaxın günlərdə müqavilə imzlanacaq.
Qeyd edək ki, Hacinin son iş yeri Rumıniyanın "Vitrolul” komandası olub. Məşhur futbolçu prezidenti olduğu klubdan özü-özünü istefaya göndərib.