“Qələbə qazanmağımız çox yaxşı oldu. Turnirə yaxşı hazırlaşmışdıq. Şadıq ki, çempionata 3 xalla start verdik”.
Newsport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın U-17 yığmasının hücumçusu Kristof Baumqartner deyib.
Bakıda keçirilən 17 yaşlılar arasında Avropa çempionatının ilk qolunun müəllifi olan futbolçu, növbəti matçlarda da qələbə qazanmağa çalışacaqlarını qeyd edib: “Mənim qol vurmağım komandamdan asılıdır. Fərqləndiyim ikinci epizodda komanda yoldaşım çox gözəl ötürmə verdi. Turnirə qələbə ilə start verməyimiz yaxşı oldu. Çalışacağıq ki, növbəti oyunlarda da qələbə qazanaq”.
Futbolxeber.az