Rüfət Dadaşov dubl etdi, komandası uduzdu

Almaniyanın Şimal-Şərq Regional Liqasında 32-ci turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda lider "Svikkau" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 2:4. Rüfət bu matçda 90 dəqiqə meydanda olub. O, 45-və 46-cı dəqiqələrdə vurduğu qollarla hesab arasındakı fərqi azaltsa da (2:3), komandasını məğlubiyyətdən xilas edə bilməyib. 52-ci dəqiqədə isə millimizin sabiq üzvü sarı vərəqə də alıb.

Qeyd edək ki, Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right