"Lester" İngiltərə Premyer Liqasında 2015-2016 mövsümünün çempionu olub.
Newsport.az-ın məlumatına görə, PL-in 36-cı turunda "Tottenhem" səfərdə "Çelsi" ilə 2:2 bərabərə qalıb. Qonaqların xal itkisi "Lester"in işinə yarayıb və "tülkülər" sona iki tur qalmış ən yaxın izləyicisi "Tottenhem"i 7 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib.