Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sandhauzen"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 3:0. Nazarov bu görüşün start heyətində yer alsa da, 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 46 xalla 18 klub arasında 7-ci pillədə qərarlaşıb.