İngiltərə Premyer Liqasına vəsiqəni təmin edən ilk komandanın adına aydınlıq gəlib.
Newsport.az.saytının məlumatına görə, bu, "Bornli” klubudur. Şon Dayçın komandası XXXXV turda QPR üzərində 1-0 hesablı qələbə qazanıb. Doğma azarkeşlər önündə qazanılan qələbədən sonra Börnli təmsilçisi xallarının sayını 90-a çatdırıb və sona 1 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.
Qeyd edək ki, Börnli daha əvvəllər də Premyer Liqada mübarizə aparıb. Komanda sonuncu dəfə 2014/15 mövsümünün sonunda Premyer Liqa ilə vidalaşıb.
Onu da əlavə edək ki, cari mövsüm Premyer Liqanı tərk edən ilk komanda "Aston Villa" olub.