Almaniya millisinin kapitanı: “Hədəfimiz Bakıda çempion olmaqdı” MÜSAHİBƏ

Almaniyanın U-17 millisinin kapitanı Atakan Akkaynak müsahibə verib.

- Azərbaycan haqda hansı məlumatlara maliksiniz?

- Bilirəm ki, Azərbaycan olduqca gözəl ölkədir. Burada olduğumu üçün çox şadıq.

- Qitə birinciliyindən nə gözləyirsiz?

- Turniri yüksək səviyyədə keçirmək istəyirik. Bütün gücümüzü meydanda qoymalıyıq. Komandamız bu turnirdə özünü peşəkar səviyyədə göstərməlidir.

- Almaniya millisinin turnirdəki hədəfi nədən ibarətdir?

- Hədəfimiz çempion olmaqdır. Məqsədimizə çatmaq üçün hər matçda bütün gücümüzü meydanda qoyacağıq.

- Almaniya son 6 ildə 3 dəfə Avropa çempionatında final  oynasa da, heç birində qalib olmayıb. Uğursuz seriyaya Bakıda son qoymaq mümkün olacaq?

- Həqiqətən də elədir. 3 dəfə Almaniya finala yüksəlsə də, heç birində qalib ola bilməyib. Amma bu uğursuzluğa son qoymaq zamanıdır. Bunun üçün bütün tam gücümüzlə çalışmalıyıq.

- Çempionatın favoriti qismində hansı komandaları görürsən?

- Avropa çempionatında çıxış edəcək hər bir komanda gücülüdür. Ona görə də konkret hansısa komandanı fərqləndirmək çətindir. 

Futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right