“Hazırda Bakıda olduğumuz üçün çox şadıq. Qarşıdakı Avropa çempionatı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Əlimizdən gələni edəcəyik ki, burada uğur qazanaq”.
Newsport.az-ın məlumatına görə,bu sözləri Almaniyanın U-17 millisinin baş məşqçisi Meikel Şönveitz deyib.
Alman mütəxəssis qeyd edib ki, Bakıda keçiriləcək Avropa çempionatında təşkilatçılığın yüksək səviyyədə olacağına əmindir: “Çempionatın püşkatması zamanı da Bakıda olmuşdum. Hələ o vaxt şahid oldum ki, Azərbaycan bu yarışa çox ciddi hazırlaşır. Təşkilatçıların işinin öhdəsindən gələyinə əminəm. Ölkəniz Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək”.
Futbolxeber.az