Premyer Liqada mövsümün ən yaxşı futbolçusu bəlli oldu

İngiltərə Premyer Liqasında 2015/16 mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. 

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, jurnalistlər arasında keçirilən sorğuda "Lester”in forvardı Ceymi Vardi qalib adını qazanıb. 
Forvard jurnalistlərin 36 faizinin səsini toplayaraq komanda yoldaşı Riyad Mahrez və N`Qolo Kanteni geridə qoymağı bacarıb. 
Qeyd edək ki, Ceymi Vardi cari mövsüm Premyer Liqada keçirdiyi 36 oyunda 22 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right