Almaniyanın Hannover bölgəsində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Newsport.az-ın məlumatına görə, hadisə Hannoverə yaxın ərazilərin birində baş verib. Qəza nəticəsində Almaniya Bundes Liqasında mübarizə aparan "Hannover 96” klubunun 19 yaşlı futbolçusu Niklas Feyerebend dünyasını dəyişib. Almaniya mətbuatında yer alan xəbərlərə görə, Feyerbendin avtomobilində olan əlavə iki nəfər də hadisə yerində keçinib.
Qeyd edək ki, "Hannover” klubu tarixində ikinci dəfədi belə bir hadisə ilə sarsılır. 2009-cu ildə komandanın aparıcı simaslı Robert Enke də avtomobil qəzasında dünyasını dəyişmişdi.