Bu gün Ukrayna çempionatının 30-cu turunun “Şaxtyor” – “Dinamo” (Kiyev) oyununda (3:0) futbolçular və məşqçilər arasında kütləvi dava düşüb.
Newsport.az-ın məlumatına görə, hadisə 78-ci dəqiqədə “Şaxtyor”un 3-cü qoludan sonra baş verib.
İnsident səbəbindən baş hakim “Dinamo”dan Andrey Yarmolenko, “Şaxtyor”dan Taras Stepanenko, həmçinin texniki zonada olan “Şaxtyor”un baş məşqçisi Mirça Luçesku, ehtiyat oyunçular skamyasında olsa da, meydana girib davada iştirak edən Aleksandr Kuçerə qırmızı vərəqə göstərib.