Ardıcıl 7-ci çempionluq

İsveçrədə 2015/16 mövsümünün qalibinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, bu, "Bazel” komandasıdır. 
 
Super Liqanın XXXI turunda "Bazel” doğma meydanında "Sion”u 2-1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Bazel təmsilçisi xallarının sayını 76-ya çatdırıb və çempionatın sonuna 5 tur qalmış ən yaxın rəqibi olan "Yanq Boyz”u 16 xal geridə qoyaraq çempionluğunu rəsmiləşdirib. 
 
Qeyd edək ki, bu "Bazel”in sayca 19-cu, arıcıl 7-ci çempionluğudur. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right