Türkiyə Super Liqasında mübarizə aparan "Qaziantepspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Mutlu Topçunun istefaya göndərilməsindən sonra Antep təmsilçisi Sərgən Yalçına tapşırılıb. 43 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb.
Bu barədə məlumatı klubun prezidenti İhsan Güney məlumat verib. Klub prezidenti Yalçın ilə ötən gecə münasibətlərin rəsmiləşdirdiklərini bildirib.
Qeyd edək ki, 2008-ci ildə futbolçu karyerasını başa vuran Yalçının baş məşqçi kimi son iş yeri "Sivasspor” komandası olub.