Rusiyanın "Kuban" klubunda baş məşqçi vəzifəsinə namizədlər müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, namizədlər sırasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun da olduğu bildirilib. Digər namizədlər isə Viktor Qonçarenko və Dani Petreskudur.
Qəzet "Kuban"ın nümayəndələrinin R.Qriqorçuk və D.Petresku ilə danışıqlara başladığını yazıb. Ancaq birinci namizədin MOİK-in məşqçisi V.Qonçarenko olduğu vurğulanıb. Sözügedən mütəxəssislə bir neçə gün öncədən danışıqlar aparılır. (Sport Express)