Tyerri Anri “Arsenal”da işləyəcək

Tyerri Anri yeni mövsümdən sabiq komandasının uğurları üçün çalışacaq.

Newsport.az-ın məlumatına görə, Fransa milli komandasının futbolçusu İngiltərənin "Arsenal” klubunda məşqçi kimi fəaliyyət göstərəcək. 
 
Hal hazırda "Sky Sports”un eksperti kimi fəaliyyətini davam etdirən Anri yaxın zamanlarda 1999-2007 və 2012-ci illərdə formasını geyindiyi London təmsilçisinin yeniyetmələrdən  ibarət komandasının (U-18) baş məşqçi köməkçisi kimi fəaliyyət göstərəcək. Cari ilin mart ayında A kateqoriyalı məşqçi lisenziyası alan veteran hücumçu bununla çempionşip səviyyəli komandada və istənilən futbol akademniyasında işləmək hüququ qazanıb. Anrinin yeni iş yerində    Kvame Ampaduya kömək edəcəyi bildirilir. 
 
Qeyd edək ki, Anri televiziya sahəsindəki fəaliyyətini də davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right