Əfsanəvi dünya çempionu Bakıda

İspaniyanın "Real Madrid" klubunun və Fransa milli komandasının sabiq futbolçusu Kristian Karambö yenidən Bakıya gəlib.

Newsport.az-ın məlumatına görə, 45 yaşlı keçmiş yarımmüdafiəçi BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumuna qatılıb. Tədbir Bakı Konvensiya Mərkəzində keçirilir.

Qeyd edək ki, Kristian Karambö ötən il "Bakı 2015" I Avropa Oyunlarının çimərlik futbolu üzrə püşkatma mərasiminə də qatılıb. Karambö dünya (1998) və Avropa çempionu (2000), Çempionlar Liqasının ikiqat qalibi (1997-1998, 1999-2000) olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right