İspaniyanın "Real Sosiedad” klubunda yeni müqavilə rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi İniqo Martinez Berridinin müqavilə müddətini artırıb. 24 yaşlı futbolçu 2021-ci ilə qədər Sosiedad klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Martinez "Real Sosiedad”ın yetirməsidir. O, 2011-ci ildən bu yana əsas komandada çıxış edir. İniqo İspaniya milli komandasının heyətində də 1 rəsmi oyunda iştirak edib.