Niklas Bendtner Almaniya klubundan qovuldu

Almaniya Bundes Liqasında mübarizə aparan "Volfsburq”klubu 1 futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, söhbət Danimarka milli komandasının forvardı Niklas Bendtnerdən gedir. Klubun rəsmi saytında yer alan məlumatda bildirilir ki, 28 yaşlı hücumçunun müqaviləsinə xitam verilib. Buna səbəb isə Niklasın məhsuldar oyun sərgiləməməsidir. 
Qeyd edək ki, Niklas vaxtıyla Danimarka futbolunun gələcək vəd edən futbolçularından biri olub. "Arsenal” məktəbi keçmiş futbolçu 2005-14-cü illərdə bu klubun formasını geyinib. London klubundan  2014-cü"Volfsburq”a transfer olunan Bendtner geridə qalan 2 il ərzində klubun heyətində 31 oyun keçirib və cəmi 3 qol vurmağı bacarıb. 
Onu da bildirək ki,Niklas 2006-cı ildən Danimarka millisinə dəvət alır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right