Almaniyanın Şimal-Şərq Regional Liqasında 30-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Oberlausitz Noyqersdorf" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun qələbəsi ilə başa çatıb - 1:0. Rüfət bu matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.