Erat oynadı, "Fortuna" məğlub oldu

Almaniya Qərb Regional Liqasında 35-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Alemanniya" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.

Qeyd edək ki, Toğrulun komandası hazırda 50 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right