Almaniya ikinci Bundesliqasında 31-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Bohum"la qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1. Nazarov bu görüşün 60-cı dəqiqəsində, hesab 0:1 olarkən meydana çıxıb. Millimizin futbolçusu matçın 87-ci dəqiqəsində qol vurmaqla komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, "Karlsrue" hazırda 43 xalla 18 klub arasında 8-ci pillədə qərarlaşıb.