Messi zədələnib - məşqə qatılmadı

"Barselona"nın ulduzu Lionel Messi komandanın bugünkü məşqində iştirak etməyib.

Newsport.az-ın məlumatına görə, buna argentinalı futbolçunun "Deportivo" ilə La Liqa matçında (8:0) zədə alması səbəb olub.

Ayağına zərbə alan Messi özünü riskə atmaq istəmədiyi üçün komandanın bugünkü məşqində iştirak etməyib. Lakin onun zədəsinin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right