Luis Suarez: Əsrin rekordu!

İspaniya La Liqasının XXXIV tur matçında səfərdə "Deportivo” ilə qarşılaşan "Barselona” rəqibini darmadağın edib.

Newsport.az-ın məlumatına görə, 8 qolun vurulduğu qarşılaşmada katalonların uruqvaylı hücumçusu Luis Suarez "poker”lə və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Maraqlıdı ki, bu matçda qeyd etdiyi 4 qolla Luis Suarez əsrin rekordunu müəyyənləşdirib. Uruqvaylı hücumçu son yüz ildə La Liqada bir oyunda 7 qolun hamısında əməyi keçən ilk futbolçu olub. 
 
Bundan əlavə Luis Suarez "Barselona”da son 14 ilin ən yaxşı göstəricisini təkrarlayıb. Belə ki, o, 14 ildən sonra "Barselona”nın səfərdə 1 oyunda 4 qol vuran futbolçusu olub. Suarezdən əvvəl Patrik Klayvert 2002-ci ildə səfərdə 1 oyuna 4 qol vurmağı bacarmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right