Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubunun son oyunlarında iştirak etməməsinin səbəbini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Xəstə olduğum üçün komandanın səkkiz məşqini buraxmalı oldum. Orqanizmimdə bakteriya aşkarlanmışdı. İndi artıq sağalmışam. Bir neçə gündür məşqlərə başlamışam. Ümid edirəm ki, tezliklə heyətə dönəcəyəm".
Azerisport.az