"Real"ın keçmiş baş məşqçisi Fabio Kapello "Barselona"nın futbolçusu Lionel Messinin müdafiəsinə qalxıb.
Newsport.az-ın məlumatına görə, Kapello "Barsa"nın son uğursuluqlarına görə Messinin tənqid olunmasının əleyhinə çıxıb. Amma bununla yanaşı Kapello "Barsa"nın hücum triosuna iradını da bildirib:
"Messi möhtəşəm futbolçudu. Mənim üçün o, həmişə dünyanın ən yaxşısıdı. Ancaq nə vaxt ki, "Barselona" qalib gələ bilmir, günahkar Leo olur. Amma məğlubiyyətdə təkcə Messini günahlandırmaq düzgün deyil. Nə vaxt ki, meydanda qaçmırsan, gəzirsən, onda qalib gəlmək çətin olur".