Millimizin sabiq forvardı oynadı,komandası məğlub oldu

Futbol üzrə Latviya birinci liqasında 3-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Babite" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2.

Vüqar qarşılaşmaya start heyətdə başlayıb və sonadək meydanda olub.

Qeyd edək ki, geridə qalan turlarda cəmi bir xalı olan "Olayne" 15 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right