İsrafilov oynadı, "Kordoba" qələbə qazandı

Futbol üzrə İspaniyanın ikinci liqasında 34-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.

Futbolçumuzun klubu səfərdə Sequnda liqada qalmaq uğrunda mübarizə aparan "Hueska" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:0.

Eddi bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. O, 87-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 51 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right