İngiltərə Premyer Liqasını tərk edəcək ilk klubun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, bu XXXIV turda "Mançester Yunayted”ə məğlub olan "Aston Villa” klubudur.
Səfərdə "qırmızı şeytanlar”a minimal hesabla məğlub olan Birmingem təmsilçisinin 17-ci pillədə qərarlaşan komandaya çatmaq şansı bitib. Bu, o deməkdir ki, qarşıdakı son 4 turun nəticəsinə baxmayaraq "Aston Villa” "Çempionşip”ə yuvarlanacaq.
Qeyd edək ki, Birmingem təmsilçisi 1986/87-ci il mövsümündən bu yana Premyer Liqada mübarizə aparırdı.