Erat qol vurdu, "Fortuna" qalib gəldi

Almaniya Qərb Regional Liqasında 34-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Rot Vays Ahlen"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 4:1. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub. O, 48-ci dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.

Qeyd edək ki, Toğrulun komandası hazırda 50 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right