Rüfət Dadaşov 90 dəqiqə oynadı, komandası darmadağın oldu

Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Berliner AK 07" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun böyük hesablı məğlubiyyət ilə başa çatıb - 0:6. Rüfət bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 52-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Dadaşovun komandası hazırda 20 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right