Tanınmış iş adamı"Problemlərin həlli üçün "Lans"a cəmi 5 milyon avro lazımdı. Ancaq Bakıda bu məbləği tapmağım mümkün deyil”
Newsport.az-ın məlumatına görə, bu sözləri Fransa klubunun sahibi tanınmış iş adamı Hafiz Məmmədov deyib. Liqa 2-də mübarizə aparan "Lans"ın son durumu haqda haqqin.az-a danışan tanınmış iş adamı vəziyyətin çətinləşdiyini qeyd edib:
"Banklar kredit vermirlər. Mən öz mülklərimi girov qoymağa hazıram. Tezliklə klubun maliyyə ehtiyaclarının ödənilməməsi səbəbindən "Lans"ı itirə bilərik. Əgər aprelin 15-nə qədər problemi yoluna qoymasam, görünür, fransızlar məhkəmə yolu ilə klub üzərindəki haqlarımı əlimdən alacaqlar".