"Neftçi"nin sabiq qapıçısı Conni Leoni özünə yeni klub tapıb.
Newsport.az-ın məlumatına görə, İsveçrə yığmasının keçmiş qolkiperi bundan sonra karyerasını Yaponiyada davam etdirəcək.
Belə ki, o, bu ölkənin "Naqano Parseyro" klubu ilə anlaşıb.
Qeyd edək ki, Leoni "Neftçi"yə 2013-cü ilin fevral ayında gəlmişdi. Amma o, bu komandada heç bir oyun keçirmədən, dörd ay sonra müqaviləyə xitam verərək, Portuqaliyanın "Maritimo" klubuna keçmişdi.