Futbol üzrə Sloveniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Çelye" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Məsimovun adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, bu klublar arasındakı cavab görüşü aprelin 20-də "Domjale"nin meydanında keçiriləcək.