Benzema: “Təəssüf hissi ilə bildirmək istəyirəm ki...”

Madridin "Real” klubunun hücumçusu Kərim Benzema Fransa milli komandasının heyətində bu yay təşkil olunacaq Avropa çempionatında yer almayacağını bəyan edib. 
 
28 yaşlı hücumçu bununla bağlı şəxsi "twitter” səhifəsi vasitəsilə ictimaiyyəti məlumatlandırıb: "Məni sevən insanlara təəssüf hissi ilə bildirmək istəyirəm ki, Fransa milli komandasının heyətində Avropa çempionatında oynamayacağam.” 
 
Qeyd edək ki, "Real”ın hücumçusu komandadan Matye Valbuena məsələsinə görə kənarlaşdırılmışdı. Benzema Fransa milli komandasının sabiq üzvü Cibril Sisse ilə birgə Valbuenanı şantaj etməkdə günahlandırılır.
 
Onu da nəzərinizə çatdıraq ki, Kərim Benzema 2007-ci ildən Fransa milli komandasının düşərgəsinə cəlb olunur. Forvard komandanın heyətində çıxdığı 81 matçda 27 dəfə fərqlənməyi bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right