“Ayntraxt”ın azərbaycanlı qapıçısı Emil Balayev üçün mövsüm vaxtından əvvəl bitib.
Newsport.az-ın məlumatına görə, 22 yaşlı qolkiper komandasının dünənki məşqində zədələnib. O, baş məşqçi Niko Kovaçın tapşırıqlarını yerinə yetirən zaman menisk zədəsi ilə bağlı problemlə üzləşib.
Həmyerlimizin konkret hansı müddətə sıradan çıxdığı bəlli deyil. Bununla belə, “Ayntraxt”da Lukas Hradeçki və Haynts Lindnerdən sonra üçüncü qapıçı sayılan Balayevin cari mövsümü bağladığı dəqiqləşib.