Əfsanəvi məşqçi qumarda 10 000 avro uduzdu

Şotlandiyanın ən tanınmış məşqçilərindən olan – 27 il ardıcıl olaraq "Mançester Yunayted”i çalışdırmış Ser Aleks Ferqusonun başına iş gəlib.

Newsport.az saytının məlumatına görə, 74 yaşlı əfsənəvi məşqçi mərc oyunlarında 10 000 avro uduzub. 
 
Belə ki, təcrübəli mütəxəssis İngiltərədə ən sevilən idman oyunlarından biri olan Qolf oyunlarına yatırım edib. Belə ki, Ferquson Cordan Spit və Denni Uillet arasında baş tutan oyunda birincinin qələbə qazanmasına 8 000 funt-sterlinq mərc oynayıb. Oyuna Cordan yaxşı başlasa da, sonda Denni özünü toparlayaraq qələbə qazanıb. Beləcə, Ferquson mərc oyunlarında 10 000 avro  uduzub. 
 
Denni Uillet qələbəsindən sonra açıqlama verərkən bunları deyib: "Çox xoşbəxtəm. Böyük qələbə qazandım. Ancaq, Ser Aleks Ferquson üçün çox üzülürəm.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right