Mirça Luçeskunun yeni iş yeri: pulsuz işləyəcək

Uzun müddətdir Ukraynanın "Şaxtyor” klubunu çalışdıran Mirça Luçesku Donetsk təmsilçisindən ayrılmayacaq. 

Newsport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis "Şaxtyor”la bərabər Rumıniya milli komandasını da çalışdıracaq. 
Bu barədə Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu məlumat verib. O, bildirib ki, 70  yaşlı çalışdırıcı millidə maaş almadan işləyəcək:  "Büdcəmiz çox azdır. Luçesku da pulsuz işləməyə hazırdır. O, Rumıniyanı çalışdırmağı özünə vətənpərvərlik borcu bilir. Avro 2016-nın final mərhələsindən sonra həm milli komnandada, həm də "Şaxtyor”da çalışacaq.”

Qeyd edək ki, Luçesku 2014-cü ildən "Şaxtyor"u çalışdırır. O, daha əvvəl 1981-86-cı illərdə Rumıniya milli komandasını çalışdırıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right