Emil Balayevsiz Ayntraxt yenə uduzdu

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda elitada qalmaq uğrunda əsas rəqiblərindən biri olan "Hoffenhaym" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Ayntraxt" hazırda 27 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədlərdən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right