PSJ-nin futbolçusu Zlatan İbrahimoviç yay transferi pəncərəsində komandanı tərk etməyəcək.
Newsport.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, isveçli hücumçu Paris klubu ilə yeni müqavilə imzalamağa qərar verib. Artıq bununla bağlı tərəflər arasında danışıqlara başlanıb.
Qeyd edək ki, Z.İbrahimoviç Fransa çempionatında bu mövsüm oynadığı 26 matçda 30 qol vurub.