"Azərbaycanın böyük dəstəyi olacaq" - Belçika yığmasının baş məşqçisi

Belçikanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Tyerri Sike Azərbaycanda təşkil olunacaq AÇ-2016-nın final mərhələsi çərçivəsində Azərbaycan, Şotlandiya və Portuqaliya ilə bir qrupa düşmələrinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Bizə çətin olacaq. İndiyə qədər Azərbaycanla oynamamışıq. Ona görə də komandanız barədə heç bir fikrim yoxdur. Qrupumuzdakı bütün komandalar güclüdür. Fikrimcə, Belçika qrupdan çıxacaq. Qrupdan çıxacaq digər komandanın hansı olacağını isə bilmirəm. Bu, bizi maraqlandırmır da. Azərbaycan yığmasının böyük dəstəyi olacaq. Çünki doğma divarlar arasında çıxış edəcək və yerli azarkeşlərdən yaxşı dəstək alacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right