"Azərbaycan yığması barədə hələ heç nə bilmirəm"

Şotlandiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Skot Qemmill Azərbaycanda təşkil olunacaq AÇ-2016-nın final mərhələsi çərçivəsində Azərbaycan, Belçika və Portuqaliya ilə bir qrupa düşmələrinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Burada olduğumuz üçün şadıq. Azərbaycan yığması barədə hələ heç nə bilmirəm. Amma başa düşürəm ki, bu komandada motivasiya yüksək səviyyədə olacaq. Çünki doğma meydanda çıxış edəcək. Portuqaliyanın qrupun favoriti olduğuna dair fikirlərlə razı deyiləm. Fikrimcə, bütün komandaların şansları bərabərdir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right