Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Eliu Souza Azərbaycanda təşkil olunacaq AÇ-2016-nın final mərhələsi çərçivəsində Azərbaycan, Belçika və Şotlandiya ilə bir qrupa düşmələrinə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Azərbaycanın şansları barədə danışmaq çətindir. Amma Avropa çempionatında hər bir matçın çətin olacağını düşünürəm. Bizim yaxşı komandamız var. Buraya qədər gəlib çıxmağımız da buna əyani sübutdur. Çempionatın favoritləri barədə danışmaq çətindir. Mənə elə gəlir ki, əsas favoritlər Hollandiya, İspaniya, İngiltərə, Ukrayna, Almaniya və Fransadır. Bütün komandaların şansları bərabərdir".