"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının 1/4 finalında PSJ ilə keçirilən ilk oyunu (2:2) şərh edib.
Newsport.az-ın məlumatına görə, mütəxəssis yaxşı nəticə əldə etdiklərini, ancaq mübarizənin taleyinin həll olunmadığını deyib. O, rəqibin ikinci qolu zamanı oyundankənar vəziyyətin olduğunu da bildirib:
"Yaxşı nəticə əldə etmişik. Ancaq cütün taleyi hələ həll olunmayıb. Bütün mübarizə qarşıdadı. Buraxılan qollar? İlk qol vurulan zaman kobud səhvə yol verdik. İkinci qolda isə oyundankənar vəziyyət vardı. Bərabər səviyyəli oyun oldu. Qarşılaşmanın sonuna qədər hər iki komandanın qələbə qazanmaq şansı vardı. Cavab oyununda ilk qol zamanı buraxdığımız o səhvi etməyə haqqımız yoxdu".